Sumqayıtda birmərtəbəli evdə yanğın olub

13:28 28.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində ümumi sahəsi 25 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 5 m² sahədə və ev əşyaları 15 m² sahədə yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.